Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası 2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatının 1/8 finalında Sloveniyanı 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqəni təmin edib. Sport24.az xəbər verir ki, 1/4 finalda Türkiyə millisi ABŞ komandası ilə qarşılaşacaq.

 

Digər 1/4 final qarşılaşmalarında Niderland Yaponiya, Braziliya Fransa, İtaliya isə Polşa ilə üz-üzə gələcəklər.

 

Dünya çempionatı Tailandda keçirilir.