"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brayton"dan Fakundo Buonanotteni icarəyə götürüb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Argentina millisinin üzvü 2025/2026 mövsümünü icarə əsasında "Çelsi"nin heyətində keçirəcək.

 

Qeyd edək ki, "Brayton" Facundo Buonanotteni 2023-cü ilin yanvar ayında "Rozario Sentral"dan transfer edib. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm icarə əsasında "Lester Siti"də çıxış edib. Gənc futbolçu "tülkülər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.