"Zirə"nin daha bir futbolçusu ölkəsinin milli komandasına dəvət olunub. Sport24.az xəbər verir ki, Rikardo Martins Gimaraynş "Gima" Mozambik yığmasına dəvət alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Zirə"nin digər üzvləri Anje Mutsinzi Ruanda, İssa Cibriel isə Niger millisinə çağırılıb.