PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.
Fransa millisinin 26 yaşlı futbolçusu "Tottenhem"ə icarəyə verilir.
Qeyd edək ki, Kolo-Muani ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"da keçirib və A Seriyasında 16 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.