"Arsenal" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "topçular"ın əsas müdafiəçisi Vilyam Saliba sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqanın III turunda "Liverpul"la oyunda (0:1) 5-ci dəqiqədə zədə alan fransalı oyunçu meydanı tərk edib.
Salibanın son durumu tibbi müayindən sonra bilinəcək.
"Arsenal"da daha əvvəl yarımmüdafiəçilər Bukayo Saka və Kay Haverts zədələnib.