Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.  Sport24.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı şəhər və qrup müəyyənləşib.   

Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Azərbaycan millisinin oyunlarının təqvimi:

Qrup A 07.01.2020 19:00. Polşa – Bolqarıstan 22:30. Azərbaycan – Hollandiya 08.01.2020 22:30. Bolqarıstan – Hollandiya 09.01.2020 19:00. Bolqarıstan – Azərbaycan 22:30. Hollandiya – Polşa 10.01.2020 23:00. Polşa – Azərbaycan

Qrup B 07.01.2020 16:00. Almaniya – Türkiyə 08.01.2020 16:00. Xorvatiya – Türkiyə 19:00. Belçika - Almaniya 09.01.2020 16:00. Belçika - Xorvatiya 10.01.2020 16:30. Almaniya - Xorvatiya 19:30 Türkiyə - Belçika

Final mərhələsi 11.01.2020 20:15 A1 - B2 23:45. B1 - A2 12.01.2020 20:30. Final