Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununu keçirib.

Sport24.az xəbər verir ki, yığma finala gedən yolda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 1:3 (18:25, 25:18, 16:25, 22:25) hesabı ilə uduzan Azərbaycan finala adlaya bilməyib.

Milli komanda bürünc medal uğrunda qarşılaşmada Türkiyə - Kamerun cütünün məğlubu ilə üz-üzə gələcək.