Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşib.

Sport24.az xəbər verir ki, yarımfinalda İran yığmalarına məğlub olan Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.

İslam Həmrəyliyi Oyunları
Bürünc medallar uğrunda görüş

15 avqust

(Kişilər)
11:00. Türkiyə - Azərbaycan

(Qadınlar)
14:00. Azərbaycan - Kamerun