Azərbaycan Voleybol Federasiyasının (AVF) birinci vitse-prezidenti Faiq Qarayev, vitse-prezidentlər Əbülfəz Hüseynovla Cəlil Cəfərov və AVF-nin baş katibi Fərid Xəlilov kişi voleybolçulardan ibarət millimizlə  görüşüb.

Sport24.az xəbər verir ki, AVF rəsmiləri komandamıza İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıblar.

Faiq Qarayev bildirib ki, bu gün komandamızın İslamiadada mükafatçılar sırasında olmaq üçün böyük şansları var. Buna görə AÇ-2023-ün təsnifat mərhələsində keçirilən iki oyunun məğlubiyyətini unutmaq və qarşıdakı oyunlara köklənmək lazımdır.

İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi voleybolçularımız avqustun 8-də Konyaya yola düşəcək.