Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III mərhələnin son oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisi Avstriya ilə görüşəcək.

 

Faiq Qarayevin komandası rəqibini Bakıda sınağa çəkəcək. Matç GİN-nin Voleybol Mərkəzində baş tutacaq.

 

Qeyd edək ki, 5 oyunda 2 qələbə qazanan Azərbaycan milisi turnir cədvəlində 8-ci sırada qərarlaşıb.

 

Qızıl Avropa Liqası (qadınlar)
III mərhələ
2 iyun
17:00. Azərbaycan – Avstriya
Hakimlər: 
Roy Qoren (İsrail), Fuad Ağayev (Azərbaycan)
GİN-in Voleybol Mərkəzi