Çimərlik voleybolçularımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər. Sport24.az xəbər verir ki, cütlük bu gün beynəlxalq yarışda iştirak etmək üçün Gürcüstana yola düşüblər.

 

Təmsilçilərimiz sentyabrın 26-29-da Gürcüstanın paytaxtı Tbilisidə kişilər arasında keçiriləcək EEVZA-da qüvvələrini sınayacaqlar. Turnirdə ölkəmizi 1 kişi komandası (Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil edəcək.

 

Qeyd edək ki, yarışa qatılacaq komandalar FIVB reytinq xalları qazanacaq.