CEV Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyliyə növbəti təyinat göndərib. Sport24.az xəbər verir ki, o, beynəlxalq oyuna supervayzer təyin olunub.
Gözəlbəyli qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında "THY İstanbul" (Türkiyə) - "Bekessaba" (Macarıstan) matçında hakimlərin işinə qiymət verəcək.
Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun referiləri ingiltərəli Dominik Bieqaylo və bosniya və hersoqovinalı Mirza Basiç olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.