Qadınlardan ibarət "Azərreyl" voldeybol klubu heyətini daha bir oyunçu ilə gücləndirib. Sport24.az xəbər ki, komanda Anastasiya Qurbanova ilə müqavilə imzalayıb.

 

35 yaşlı voleybolçu mövsümün sonuna kimi "dəmiryolçular"ın heyətində çıxış edəcək. Onun forma geyindiyi son klub Tailandın "Diamond Food"u olub.

 

Qeyd edək ki, Anastasiya 2016/2017 mövsümündə "Azərreyl"ın heyətində oynayıb.