Seneqal yığmasının qapıçısı Eduar Mendi millidədən getdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

34 yaşlı futbolçu sosial media hesabında 8 il formasını geyindiyi Seneqal millisində ən yaxşı oyunlarından ibarət video-toplunu paylaşaraq "Təşəkkürlər, Seneqal" mesajını əlavə edib.

 

Qeyd edək ki, Mendi "teranqa şirləri"nin heyətində 2018-ci ildə debüt edib. Beynəlxalq karyerası ərzində Eduar milli ilə 2021 və 2025-ci illərdə Afrika Millətlər Kubokunu qazanıb.