"Panatinaikos" "Roma"nın müdafiəçisi Anass Salah-Eddini icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

 

Müdafiəçi 2027-ci il iyunun 30-dək "Panatinaikos"un formasını geyinəcək. 

 

Qeyd edək ki, Yunanıstan klubu icarə müddətinin sonunda 24 yaşlı mərakeşli futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir. Onun "Roma" ilə sözləşməsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.