"Sportinq" baş məşqçi Paulo Fonsekanın müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar "Lion"a təzminat ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb. Portuqaliya klubu Fransa təmsilçisinə 5 milyon avro ödəyəcək.

 

Mənbənin sözlərinə görə, 53 yaşlı portuqaliyalı mütəxəssis Lissabon klubu ilə 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayacaq.

 

Fonseka "Lion"la hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Portuqaliyalı mütəxəssisin bu gün axşam saatlarında Lissabona gəlməsi gözlənilir. 

 

Mənbə həmçinin Fonseka ilə "Sportinq" arasındakı razılaşmanın maliyyə təfərrüatlarını da açıqlayıb. Portuqaliyalı məşqçi ildə 3 milyon avro maaş alacaq. Vergilər də nəzərə alınmaqla, bu, "Sportinq"ə illik təxminən 6 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, Fonseka 2025-ci ilin yanvarından "Lion"a rəhbərlik edir. "Sportinq" noyabrın 3-də Çempionlar Liqaasının əsas mərhələsinin 4-cü turunda "Şaxtyor"l qarşılaşacaq.