Arda Turan Madrid "Atletiko"sunun baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında türkiyəli veteran futbolçu Ümit Özat bildirib.
O, Ardanın Türkiyədə çalışmaq perspektivinə toxunub:
"Turanın Türkiyəyə qayıtması barədə fikirləri unudun. O, geri dönməyəcək. Əgər Dieqo Simeone "Atletiko"dan ayrılsa, o zaman Turan Madrid klubunun "sükanı arxasına" keçəcək. "Qalatasaray"? Axı o, nə üçün belə bir xaosun içinə girmək istəsin ki?"
Qeyd edək ki, Turan hazırda Donetsk "Şaxtyor"unun baş məşqçisidr. Bir neçə gün öncə "Trabzonspor"un ona təklif göndərdiyi barədə xəbərlər yayılmışdı.