Misli Premyer Liqasında V turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı matçda ümumilikdə 15 250 tamaşaçı qeydə alınıb.
"İmişli" – "Neftçi" (2:3) görüşünü 600, "Kəpəz" – "Qəbələ" (1:0) duelini 11 000, "Sumqayıt" – "Şamaxı" (1:1) qarşılaşmasını 1 350, "Araz-Naxçıvan" – "Turan Tovuz" (2:2) oyununu 500, "Zirə" – "Qarabağ" (1:1) matçını 1 300, "Şəfa" – "Sabah" (0:3) görüşünü isə 500 tərəfdar stadiondan izləyib.
Xatırladaq ki, VI tura sentyabrın 18-də start veriləcək.