Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu heyətini legionerlə gücləndirib. Sport24.az xəbər verir ki, komanda Nayka Beniteslə müqavilə imzalayıb.

 

Puerto-rikolu voleybolçu ilə razılaşma mövsümün sonuna kimi nəzərdə tutulub. 35 yaşlı oyunçu libero mövqeyində çıxış edir.

 

Qeyd edək ki, Benites son mövsümü ölkəsinin "Atenienses de Manati" klubunda keçirib.