Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc kubokunda növbəti mərhələyə yüksəlib. Sport24.az xəbər verir ki, tğmsilçimizin 1/32 finalda rəqibi Ukraynanın "Balta" klubu olub.

Bu gün cütün cavab matçı baş tutub. Dünən keçirilən ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmış "Azərreyl" rəqibini yenə eyni hesabla məğlub edib. Bununla da paytaxt klubu iki görüşdə rəqibini üstələyərək 1/16 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə "Azərreyl" İspaniyanın "Avarka de Menorka" klubu ilə üz-üzə gələcək. Oyunlar noyabrda baş tutacaq.