Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, qadınlar arasında oturaq voleybol üzrə WPV (Dünya Para Voleybol) Super 6 oyunlarında söz sahibi olacaq.

 

Zülfüqarov iyunun 8-də Fransanın Nansi şəhərində start götürən turnirin əvvəlki oyunlarında hakimlik edib. Bu gün isə yarışın final qarşılaşması keçiriləcək. Həmyerlimiz ABŞ və Çin yığmaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq. Görüşün birinci hakimi sloveniyalı Ema Vrataricdir.