Kişi voleybolçular arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Sport24.az xəbər verir ki, yığmamız F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan millilərinə qarşı mübarizə aparacaq. 

Reqlamentə əsasən oyunlar iki dövrədən ibarət olacaq. Birinci dövrə Gürcüstanda, ikinci dövrə isə Monteneqroda baş tutacaq. Millimiz ilk matçını may ayının 7-də Gürcüstanda Monteneqro yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AÇ-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.

AÇ-2021-in seçmə mərhələsi
F qrupu

I dövrə (Gürcüstan)

I tur, 7 may
Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan

II tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan

III tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan
 
II dövrə (Monteneqro)

IV tur, 14 may
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan

V tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro

VI tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro