"Abşeron" komandası heyətini daha bir voleybolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bakı klubu "Beşiktaş"dan ayrılan Ecem Akmanı transfer edib. Türkiyəli voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

 

E.Akman karyerası ərzində 2011-2013-cü illər mövsümündə "Qalatasaray"ın da formasını geyinib.

 

Qeyd edək ki, "Abşeron" daha əvvəl Katerina Jidkova, Anastasiya Mertsalova, Mariya Çiçiç, Şerilim Başorun, Yelizaveta Tyamuşeva, Natalya Solovyova və Nikolina Başnakovanı heyətinə cəlb edib.