Türkiyənin Çeşmə şəhərində şahmat turnirində azərbaycanlıların dueli baş tutub.
Sport24.az xəbər verir ki, 5-ci tura Vüqar Rəsulovla Babək Cəfərli qarşılaşıb.
Görüş Vüqarın qələbəsi ilə başa çatıb. Xalını 3-ə yüksəldən Rəsulov 25-ci pilləyə yüksəlib. Yarışa almaniya Maruis Fromm (4,5 xal) başçılıq edir.
Qeyd edək ki, turnirdə 75 şahmatçı mübarizə aparır.