Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2723 xal) iki sıra geriləyib. O, hazırda 26-cıdır.
Teymur Rəcəbov isə (2723 xal) 2 pillə irəliləyib və 25-ci yerdə qərarlaşıb.
Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) 96-cıdır.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ-lı Fabiano Karuana (2804 xal) 2-ci, Hikaru Nakamura (2788 xal) isə 3-dür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.
Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.