Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytı məlumat yayıb.  

Rəcəbovun şəxsi səbəblərdən İddiaçılar Turnirindən imtina etdiyi bildirilib.

Ali şahmat qurumu Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.