Şəkidə keçiriləcək "Sheki Open" beynəlxalq şahmat festivalında yeddi ölkədən şahmatçılar iştirak edəcək. Sport24.az xəbər verir ki, yerli şahmatçılarla yanaşı, Hindistan, Rusiya, Özbəkistan, Türkiyə, Qazaxıstan və Ukrayna təmsilçiləri də turnirə qatılacaqlar.

 

Ümumilikdə festival üçün 208 şahmatçı qeydiyyatdan keçib. Onlardan 42-si A turnirində, 162-si isə B yarışında çıxış edəcək.

 

A turnirinin reytinq favoriti azərbaycanlı qrossmeyster Eltac Səfərlidir. Siyahıda ikinci yerdə digər həmyerlimiz Əhməd Əhmədzadə, üçüncü yerdə isə ukraynalı Vitaliy Bernadski qərarlaşıb.

 

Qeyd edək ki, iyunun 18-25-də keçiriləcək "Sheki Open" Azərbaycan Şahmat Federasiyası tərəfindən təşəbbüs göstərilən "Chess Tour Azerbaijan" seriyasının bir mərhələsidir.