Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov iyunun 25-dən 30-dək Moskvada keçiriləcək sürətli şahmat üzrə beynəlxalq turnirdə iştirak edəcək. Sport24.az xəbər verir ki, "Chess Stars 5.0" adlanan turnir bir sıra aparıcı şahmatçıları bir araya gətirəcək.

 

Turnirdə Rəcəbovdan başqa, rusiyalı qrossmeysterlər Sergey Karyakin, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno və Valentina Qunina çıxış edəcəklər.

 

İştirakçılar arasında Amin Tabatabaei (İran), Raunak Sadhvani (Hindistan), Hou Yifan (Çin) və Bibisara Asaubayeva (Qazaxıstan) da var.

 

Qeyd edək ki, turnirin mükafat fondu 15 milyon rubldur (təxminən 315 min manat).