2024/2025 mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb. Sport24.az-ın məlumatına görə, tədbir Ağdam təmsilçisinin "Kəpəz"ə 3:0 hesabl ilə qalib gəldiyi Misli Premyer Liqasının XXXV turunun oyunundan sonra baş tutub. 

 

Medalları futbolçulara AFFA-nın icraçı vitse-prezindenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər. 

 

Qeyd edək ki, tarixində 12-ci dəfə Azərbaycan çempionu olub.