Almaniyada futbol üzrə Şimal-Şərq Regional Liqasında 34-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"(Berlin) evdə "Zvikau" klubu ilə heç-heçə edib (2:2).

 

Dadaşov bütün oyunu meydanda olub və 80-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Hazırda "Dinamo" 49 xalla səkkizinci pillədədir.