Şahmatçımız Rauf Məmmədov rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, zəka sahibi Böyuk Britaniyanın paytaxtı Londonda təşkil olunacaq yarışda "Freedom" komandasında yer alacaq.

 

Onunla eyni komandada Vişvanatan Anand (Hindistan), Le Kuanq Lyom (Çin), Emil Sutovski (İsrail), Anna Muzıçuk (Ukrayna), Samuel Sevian (ABŞ), Aleksey Sarana (Rusiya), Haik Martirosyan (Ermənistan), Sarbarto Mani (Hindistan) və Teodora İnyaç (Serbiya) yer alıblar. Onlar həm rapid, həm blitsdə medallar uğrunda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, çempionat iyunun 10-dan 16-dək təşkil olunacaq.