Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının hazırlığına başlayıb. Azərbaycan Şahmat Federasiyasından Sport24.az-a verilən məlumata görə, Bakıda ilk məşqlərə qrossmeyster, FIDE məşqçisi Mixail Brodskiy rəhbərlik edir.

 

Brodskiy uzun müddət qadınlardan ibarət Ukrayna komandasının məşqçisi olub. Onun məşqçisi olduğu Ukrayna millisi komandalararasında dünya və Avropa çempionatının qızıl medalını qazanıb, iki dəfə Ümumdünya Şahmat Olimpiadasının bürünc medalına layiq görülüb.