"Liverpul" yayda komandanı tərk edəcək Trent Aleksandr-Arnolda əvəzedici tapıb. Sport24.az xəbər verir ki, komanda "Bayer"də çıxış edən Jeremi Frimponqu heyətinə qatmaq istəyir.
Leverkuzen klubu 30 milyon funt qarşılığında onun transferinə yaşıl işıq yandıra bilər. Frimponqla "Mançester Siti" və "Seltik" də maraqlanır.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsümdə 47 oyunda 4 qol vurub, 12 ötürmə verib. Onun "Bayer"lə 2028-ci ilin yayına kimi müqaviləsi var.