"Sabah" basketbol komandası Azərbaycan Liqasının final seriyasının 4-cü oyununda "Neftçi"yə uduzub – 66:84. Sport24.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyəti belə şərh edib:
"Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır. Rəqib mobil oyun sərgilədi. Biz də isə heçnə alınmadı. Növbəti oyunun bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır. Seriyada ümumi hesab 2:2-dir. Hər şey yenidən başlayır".