Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu bu gün keçiriləcək. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcək.
Matça saat 19:00-da start veriləcək.
Komandalar arasında əvvəl baş tutan 2 oyunu "Sabah" qazanıb. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.