Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasına start verilib. Sport24.az xəbər verir ki, "Neftçi" "Sabah"la qarşılaşıb. Bu görüşdə "Sabah" qələbə qazanıb. 

 

Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda çempionluğu bayram edəcək. 

 

"Sabah"- "Neftçi" 94:89 (19:15, 17:20, 20:27, 38:27)

Matçın ən yaxşısı "Sabah"dan Hassani Qravett(43 xal) olub.

 

Növbəti görüş isə mayın 4-də keçiriləcək.