"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını MLS-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı belçikalı "Çiqaqo Fayr"ın maraq dairəsinə düşüb. Amerika klubu futbolçu ilə danışıqlara başlayıb. De Bruyne bir müddət əvvəl mövsümün sonunda "Siti"ni tərk edəcəyini açıqlamışdı.
Qeyd edək ki, De Bruyne bu mövsüm 36 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.