Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib. Sport24.az xəbər verir ki, "Sabah" mövsümün həlledici oyununa yüksəlib. 

 

"Bayquşlar" yarımfinalın ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Paytaxt təmsilçisi ilk görüşdən də 86:73 hesabı ilə qalib ayrılmışdı.

 

İkinci yarımfinal görüşündə "Neftçi" "Abşeron"la üz-üzə gələcək. Oyun saat 19:00-da başlayacaq. İlk matç "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.