"Turan Tovuz" daha bir itki ilə üzləşib. Sport24. xəbər verir ki, Ayxan Hüseynov cəzalı duruma düşüb.
Buna 25 yaşlı yarımmüdafiəçinin səfərdə "Zirə"yə uduzduqları (0:1) Misli Premyer Liqasının 33-cu turunun oyununda sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən oyunçu 34-cü turda "Neftçi" ilə görüşdə meydana çıxa bilməyəcək.
Tovuz təmsilçisində Alexandro Serrano cəzalı, Denis Marandiçi, Rüfət Əhmədov, Şəhriyar Əliyev və Joarlem Santos da zədə səbəbindən "Zirə"yə qarşı matçda iştirak etməyiblər.
Qeyd edək ki, mayın 10-da baş tutacaq "Turan Tovuz" - "Neftçi" qarşılaşması saat 19:30-da start götürəcək.