"Fənərbaxça"nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişib. Sport24.az xəbər verir ki, 34 yaşlı forvard "Kasımpaşa"ya keçib.

 

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

 

"Kasımpaşa" Cenk üçün onun klubuna təzminat ödəməyib. Türkiyə millisinin üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Cenk Tosun 2024-cü ilin yayından "Fənərbaxça"da çıxış edirdi. Təcrübəli futbolçu ötən ilin oktyabr ayında baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.