Ruud van Nistelrooy Niderland milli komandasında çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssis "narıncılar"ın baş məşqçisi Ronald Kumanın köməkçisi vəzifəsinə təyin olunub. O, 1 fevral tarixindən etibarən işə başlayacaq.
Qeyd eədk ki, Ruud van Nistelrooy daha əvvəl PSV, "Mançester Yunayted" və "Lester"də baş məşqçi vəzifəsində çalışıb.