"Kəpəz" futbolçusu Mahamadu Baya yeni müqavilə təklif edib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat verilib.
Gəncə təmsilçisinin 25 yaşlı malili yarımmüdafiəçiyə təklif etdiyi yeni sözləşmə 2 illikdir. Yeni anlaşmada afrikalı oyunçunun maaşının da artması nəzərdə tutulub.
Qeyd edək ki, Mahamadu Ba ötən ilin oktyabrında azad agent kimi "Kəpəz"ə keçmişdi.