"Yuventus" gələn ilin yayında klubla müqaviləsi başa çatan Ueston Makkenni uzun müddət komandada saxlamaq istəyir. Sport24.az xəbər verir ki, A Seriyası nəhəngi amerikalı yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadacaq.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Artıq tərəflər arasında razılıq əldə olunub. 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına kimi artırılacaq.

 

Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2020-ci ildə "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.