Bu gün Misli Premyer Liqasında 33-cü tur başa çatır. Sport24.az xəbər verir ki, 33-cü oyun həftəsinin 3-cü oyun gününün ilk matçı Suraxanıda keçiriləcək.
Çempionluğu rəsmiləşdirən "Qarabağ" "Sumqayıt"ı qəbul edir. "Kimyaçılar" qalib gələcəyi halda da turnir cədvəlində mövqeyi dəyişməyəcək. Əvvəlkitək 8-ci pillədə qərarlaşacaq. Məğlub olacağı və "Kəpəz" bu gün "Neftçi"ni udacağı təqdirdə isə Sumqayıtın eyniadlı təmsilçisi 9-cu yerə düşəcək.
Qeyd edək ki, "Azersun Arena" keçiriləcək oyunun start fiti saat 18:00-da səslənəcək.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
18:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Suraxanı. "Azersun Arena".