Misli Premyer Liqasının 33-cü turuna "Neftçi Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edir.

 

Meydan sahibləri üçün bu matç o qədər də əhəmiyyətli deyil. Samir Abasovun komandasının nə medallara iddiası qalıb, nə də elitanı tərk etmək təhlükəsi yaşayır. Bu səbəbdən paytaxt təmsilçisinin üzərində heç bir təzyiq yoxdu. "Kəpəz" isə əksinə. Azər Bağırovun komandası Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. "Səbail" dünən "Araz-Naxçıvan"la heç-heçə etməklə "sarı-göylər"lə xal fərqini 6-ya endirib. Gəncəlilər bu gün paytaxtdan 3 xalla ayrılsa, demək olar ki, böyük ölçüdə intiriqanı öldürəcək.

 

Qeyd edək ki, Rauf Cabarovun idarə edəcəyi matçın start fiti saat 20:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXIII tur

20:00. "Neftçi" - "Kəpəz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Bakı. "Neftçi Arena".