Lamin Yamal aprelin ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

 

"Barselona"nın 17 yaşlı cinah oyunçusu keçən ay bütün turnirlər nəzərə alınmaqla 9 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Yamalın komanda yoldaşı Rafinya ikinci, PSJ-nin futbolçusu Usman Dembele isə üçüncü pillədə qərarlaşıb.