Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Kökçü Finlandiya çempionatının 6-cı turunda meydana çıxmaq şansı qazanmayıb. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi HJK səfərdə "İnter Turku"nun qonağı olub.

 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Ozanın adı bu görüşün iştirak ərizəsində salınmayıb. Kökçü bu mövsümdə 2 matçda cəmi 11 dəqiqə oynamaq imkanı qazanıb.

 

Qeyd edək ki, HJK 5 oyundan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb. Ozanın komandası növbəti turda "Yaro"nun qonağı olacaq.