"Barselona"nın idman direktoru Deko Rafinyanın agenti ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məluymat yayıb.

 

Mənbənin sözlərinə görə, görüşdə 28 yaşlı braziliyalının klubla müqaviləsinin uzadılması müzakirə olunub. Ancaq hələ ki, danışıqların erkən mərhələsində tərəflər arasında fikir ayrılığı yaşanıb.

 

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayında, 55 milyon avro qarşılığında "Lids"dən "Barselona"ya transfer olunub. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Brazliyalı futbolçu cari mövsümdə katalonoyalıların heyətində ümumilikdə 51 matçda 30 qol vurub və 22 məhsuldar ötürmə edib.