"Neftçi" Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"lə matçın hazırlığını başa çatdırıb. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

Bakı klubu bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

 

Qeyd edək ki, mayın 4-də "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Kəpəz" oyunu saat 20:00-da başlanacaq.