"Hər son bir başlanğıcdır. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik". Sport24.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Türkiyəli mütəxəssis postundan ayrıldığını açıqlayıb:
"Gəldiyim vaxt liqada yeni yaradılan bir klub olaraq 84% qələbə ilə müntəzəm mövsümü ikinci yerdə bitirdik, çempionatda və kubokda final oynadıq, avrokuboklarda iştirak haqqı əldə etdik. Yerli oyunçuların inkişafında rolumuz oldu. Azərbaycan Basketbol Liqasında hörmət edilən və izlənilməsi zövq verən bir komanda olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bundan sonra "Naxçıvan" klubuna uğurlar arzulayıram".
Qeyd edək ki, "Naxçıvan" Azərbaycan Basketbol Liqasınįn pley-off mərhələsində "Abşeron"a uduzaraq, yarımfinala vəsiqə qazana bilməyib.